Dmitri Kiselyov: "RusiyaAzərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir"


Siyasət 11 Dek 2018 13:58:37 542 0

Dmitri Kiselyov: "RusiyaAzərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir"

Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda yox, həm də daha geniş regionda sülh amilidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı teleaparıcı Dmitri Kiselyov deyib.

O bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmərəli və konstruktiv strateji münasibətlərin qurulmasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vacib töhfə verib:

"Mənə elə gəlir ki, o, sağlam əsas qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran üçbucağının yaradılması və bu üçbucağın balanslaşdırılmış olması idi".

D.Kiselyov əlavə edib ki, Prezident İlham Əliyev bu baxımdan atasının siyasi xəttini davam etdirir: "Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslı cəmiyyət yaşayır".