Azərbaycanın dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər müəyyənləşib


Digərləri 11 Dek 2018 13:43:00 539 0

Azərbaycanın dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər müəyyənləşib

Azərbaycanın dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər müəyyənləşib.

Son.az report-a istinadən xəbər verir ki, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanunun 6-cı (Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:

1. Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),

2. Himn ifa edilən zaman Azərbaycanın Dövlət Bayrağı qaldırılarsa (asılarsa), Dövlət Bayrağına tərəf baxmaq,