Yurqen Klopp: “Napoli-nin prezidenti sirr saxlamağı bacarmır”


İdman 11 Dek 2018 13:34:00 778 0

Yurqen Klopp: “Napoli-nin prezidenti sirr saxlamağı bacarmır”

Liverpool-un baş məşqçisi Yurqen Klopp bundan əvvəl Napoli-dən təklif almasına aydınlıq gətirib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis İtaliya klubu ilə danışıqlar apardığını gizlətməyib.

“Deyilənlər doğrudur. Napoli mənə təklif göndərmişdi. Danışıqlardan heç kimin xəbəri yox idi. Şəxsən mən bu barədə heç yerdə danışmamışam. Napoli-nin sahibi De Laurentes sirr saxlamağı bacarmır. İnformasiyanı yayan odur. İndi Napoli-yə Karlo Ançellotti rəhbərlik edir. Əla məşqçidir. Klub seçimdə yanılmayıb. İtaliyanı çox sevirəm. Düşünmürəm ki, indi bu ölkədə kiməsə lazımam. Yeməkləri xoşuma gəlir. Amma dillərini bilmirəm . Problem budur. Liverpool-la 3,5 illik müqavilə bağlamışam. Rəhbərlik işimdən razıdır. Başqa yerə getmək ağlımdan keçmir”,- çalışdırıcı bildirib.