Bakıda məşhur parkdakı obyektlər sökülür


Digərləri 11 Dek 2018 13:29:00 362 0

Bakıda məşhur parkdakı obyektlər sökülür

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə "Gənclik" metro stansiyası yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün  restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.  

Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.