Britaniya modasının ən yaxşıları seçildilər FOTO


Digərləri 11 Dek 2018 13:15:00 405 0

Britaniya modasının ən yaxşıları seçildilər  FOTO

Dünən Londonun Kensinqton səmtindəki tarixi "Royal Albert Hall"da "British Fashion Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Son.az The Sun-a istinadən bildirir ki, "Swarovski" brendi ilə birlikdə keçirilmiş mərasimin iştirakçıları arasında Viktoriya Bekhem, Kendall Cenner, Rozi Hantinqton-Uaytli, Uinni Harlou və başqaları vardı.

44 yaşlı modelyer Viktoriya Bekhem "British Designer of the Year Womenswear" mükafatına layiq görülüb. O, mərasimə 43 yaşlı əri Devid Bekhem və 19 yaşlı oğlu, moda fotoqrafı karyerasına başlamış Bruklinlə qatılmışdı.