Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəltdi!


Digərləri 11 Dek 2018 12:53:00 609 0

Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəltdi!

Azərbaycan Beynəlxalq Bankı Yeni il ərəfəsində müştəriləri daha da məmnun etmək üçün depozit faizlərini artırıb. 10 dekabrdan 10 yanvara qədər keçirilən kampaniya çərçivəsində bankda manatla depozit yerləşdirən müştərilərin illik faiz gəlirinə +1% əlavə ediləcək. 

Depoziti 12, 24 və 36 ay müddətinə yerləşdirmək, illik faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək olar. Bankda depozit yerləşdirmiş müştərilərə məbləğ və müddətindən asılı olaraq plastik kart hədiyyə edilir, faiz gəlirləri kart hesabına köçürülür. Depozit yerləşdirmiş müştərilər nağd pula ehtiyac yarandığı zaman bankdan minimal faizlərlə kredit də əldə edə bilərlər. Bankın depozit şərtləri barədə daha ətraflı: https://www.ibar.az/az/individual/deposits/classic-deposit

/