Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb (FOTO)


Digərləri 11 Dek 2018 12:23:00 744 0

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb (FOTO)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil olunmuş məşğulluq sərgisində iştirak edib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil olunmuş məşğulluq sərgisində iştirak edib. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və ASAN Xidmətin birgə təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” çərçivəsində keçirilən əmək yarmarkasında 70 şirkət iştirak edib. Tədbir iştirakçılarına “Bakcell”in satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.