"Manchester City-ni jurnalistlər çox şişirdir" - Qvardiola


İdman 11 Dek 2018 11:43:00 713 0

"Manchester City-ni jurnalistlər çox şişirdir" - Qvardiola

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasından və İngiltərə çempionatından danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasının ÇL-də favorit olmadığımı deyib. Qvardiola jurnalistlərə də irad bildirib: “Hamı Çempionlar Liqasını qazanacağımızı deyir. Biz favorit deyilik. Bunu başa düşün. Sadəcə, əvvəlki qaydada oyunumuza davam edəcəyik. ÇL elə bir turnirdir ki, burada mübarizə aparan istənilən komanda qalib ola bilər. Turnirlə bağlı proqnoz vermək mümkün deyil. İngiltərə çempionatında rəqabətin oldugunu yaxşı bilirəm. Manchester City-ni siz jurnalistlər şişirdirsiniz. Yazırsınız ki, klub məğlubedilməzdir, elə bir səviyyədədir ki, hətta fevralda çempion olmağa hazırlaşır. Bunlara heyrətlənirəm. Heç bir məşqçi və ya futbolçudan belə söz eşitməsiniz. Yalnız siz jurnlistlər ağlınıza gələni deyirsiniz. Aranı qarışdıran, insanları çaş-baş salan jurnalistlərdir. Otən il çempion olduq. Ona görə ki, o vaxt əla oynayırdıq”.