“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı təqdim olundu


Digərləri 11 Dek 2018 12:08:58 1007 0

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı 
təqdim olundu

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə Azərbaycan Dövlət Tərcümə Mərkə­zi tərəfindən nəşr olunmuş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı­nın təqdimat mərasimi keçirilib.

Bakı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə Azərbaycan Dövlət Tərcümə Mərkə­zi tərəfindən nəşr olunmuş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı­nın təqdimat mərasimi keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, mərasimdə Bakı Qarnizonunun hərbi hissələrinin, qoşun növlərinin, xüsusi təyinatlı təhsil müəssisələri­nin, veteran təşkilatlarının nümayən­də­­ləri, kitabı ərsəyə gətirmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzi­nin əməkdaşları, eləcə də Mehdi Hüseynzadənin ailə üzvləri iştirak ediblər. Tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, general-mayor Gəray Bağırov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri, polkovnik Aqil Haqverdiyev, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Aparat rəh­bə­ri Yaşar Əliyev və əsərin tərcüməçisi Fərhad Abdullayev çıxış ediblər.