Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək


Digərləri 11 Dek 2018 11:51:00 562 0

Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

Yeniyetmə və gənclərdən ibarət milli komandamız 14-16 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirinə yollanır.

Bakı. Yeniyetmə və gənclərdən ibarət milli komandamız 14-16 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirinə yollanır. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 12 idmançımız iştirak edəcək. Baş məşqçi Anar Allahverdiyev və böyük məşqçi Qurban Tağıyev, eləcə də kata üzrə baş məşqçi Vahid Ayvazov və böyük məşqçi Vüqar Kərimov nüfuzlu turnirdə əsasən liderlərin iştirak etməsinə üstünlük verib.