Ərinin qardaşı ilə qaçan gəlin canlı yayıma gəldi


Dünya 11 Dek 2018 11:40:00 346 0

Ərinin qardaşı ilə qaçan gəlin canlı yayıma gəldi

Türkiyədə ATV ekranlarında yayımlanan "Esra Erol"da proqramında ərinin böyük qardaşı ilə qaçan və ondan uşaq dünyaya gətirən Fatma Çakırın üzü çəkiliş heyətinin səhvi sonrası ekranda görünüb.

Qeyd edək ki, Talip Çakır 2008-ci ildə Fatma Çakır ilə evlənib. Atası bu evliliyə qarşı çıxsa da Talip "Sevirəm" deyincə davullu-zurnalı toy edib. Talip ilə arvadının 2011-ci ildə oğulları Fikrət dünyaya gəlib. 3 il sonra isə Talip həyatının şokunu yaşayıb. Arvadı Fatma Çakır evli 2 uşaq atası olan böyük qaynı Mustafa Çakıra qoşularaq qaçıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Fatma Çakır Esra Erolun proqramına çıxıb. DNT testi üçün oğluyla birlikdə canlı yayıma çıxan Fatma Çakır efirdə üzünün görünməyini istəməyib. Üzünü kameralardan gizlədən qadının siması çəkiliş heyətinin diqqətsizliyi nəticəsində efrdə görünüb.


Xəbərə aid fotolar