Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı FOTO


Digərləri 11 Dek 2018 11:49:00 770 0

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfinin ön və arxa qapılarından, ön tərəfin sağ və sol qanadlarının altından üzərində "Zenga" yazısı olan 1140 ədəd pirotexniki vasitə aşkar olunub.


Xəbərə aid fotolar