Türkiyə Qara dənizdə yeni hərbidəniz bazası yaradacaq


Dünya 11 Dek 2018 11:13:00 412 0

Türkiyə Qara dənizdə yeni hərbidəniz bazası yaradacaq

Türkiyə Qara dənizin şərq sahillərində yeni hərbi-dəniz bazası yaradılması üzrə işlərə başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Milliyet" qəzeti yazıb.

Yeni hərbi obyekt Trabzon şəhərindən 40 km məsafədə olan Sürmene yaşayış məntəqəsi ərazisində yerləşəcək. Hərbi bazada 400 hərbi qulluqçunun xidmət çəkəcəyi, eləcə də 200 mülki işçinin çalışacağı gözlənilir.