Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək
Digərləri 11 Dek 2018 10:54:00 734 0
12 dekabr ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Son.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumat deyilir ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Mənbə: milli.az