Bakıda narkotik qəbul edən şəxs arvadını 5ci mərtəbədən atdı


Digərləri 11 Dek 2018 10:12:00 394 0

Bakıda narkotik qəbul edən şəxs arvadını 5ci mərtəbədən atdı

Bakıda kişi həyat yoldaşını öldürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Həmin mənzildə yaşayan Taxveli Adelya Azər qızının binanın 5-ci mərtəbəsinin balkonundan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.