Dünya şöhrətli aktyorun inanılmaz vəsiyyəti


Digərləri 11 Dek 2018 09:35:00 452 0

Dünya şöhrətli aktyorun inanılmaz vəsiyyəti

Alen Delon itlər qəbristanlığında dəfn olunmağı vəsiyyət edib

Dünya şöhrətli aktyor .

Artıq neçə ildir ki, filmlərdə rol almayan 82 yaşlı Alen Delon İsveçrədə, öz malikanəsində sakit pensiyaçı həyatı yaşayır. Aktyor fəaliyyətinin 60 illiyi münasibəti ilə "Paris Match" jurnalına verdiyi müsahibədə etiraf edib ki, müasir dünyada gedən proseslər onu məyus edir və o, bu dünyanı təəssüf etmədən tərk edəcək.

"Bu gün hamı saxtadır, hər kəsi yalnız pul maraqlandırır. Heç kim verdiyi vədləri yerinə yetirmir, hər gün yeni cinayətlər haqqında onlarla xəbərlər yazılır. Odur ki, bu dünyanı təəssüf hissi olmadan tərk edəcəyəm", - deyə aktyor bildirib.