Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir


Digərləri 11 Dek 2018 09:37:56 579 0

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir

Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. Trend -in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər. Ümumdünya Səhiyyə Təşkilatının Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ilə birlikdə təşkil etdiyi Forumda ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və tibbi yeniliklər müzakirə olunacaq. Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar. Deputatlarımız ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər. Mərasimə hər iki ölkənin rəsmi şəxsləri, siyasi xadimlər, diaspor üzvləri, ictimaiyyətin nümayəndələri qatılacaqlar. Milli Məclisin deputatları - Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və qrupun üzvü Rasim Musabəyov ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcəklər. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılacaq, onun həyatı, siyasi fəaliyyəti, xilaskarlıq missiyası, müasir Azərbaycan dövlətinin qurucusu kimi gərgin əməyi barədə söhbət açılacaq. Səfər dekabrın 13-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin