Makron etirazçıları razı salmaq üçün 10 milyard avrodan keçib


Dünya 11 Dek 2018 09:13:00 255 0

Makron etirazçıları razı salmaq üçün 10 milyard avrodan keçib

Fransa prezidenti Emmanuel Makron 17 noyabrdan etibarən davam edən "Sarı jiletlilər" aksiyasını sonlandırmaq və etirazçıları razı salmaq məqsədilə sosial islahatlar edəcəyi, 2 min avroyadək gəliri olanların vergidən azad olunacağı və minimum əmək haqqına 100 avro əlavə ediləcəyi barədə söz verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa maliyyə naziri Olivye Dussopt bu qərarların 8-10 milyard avroya başa gələcəyini bildirib.

O, bu qərarların icrasını maliyyələşdirmək üçün çalışmağa başladıqlarını deyib.