Masallıda evdə partlayışla bağlı cinayət işi başlandı, hadisənin SƏBƏBİ bilindi


Digərləri 11 Dek 2018 09:11:00 410 0

Masallıda evdə partlayışla bağlı cinayət işi başlandı, hadisənin SƏBƏBİ bilindi

Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb. Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlaıq) maddəsilə cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib, Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib.