Google 7 dollarlıq telefon təqdim edib


Digərləri 11 Dek 2018 08:59:00 975 0

Google 7 dollarlıq telefon təqdim edib

"Google Indonesia" şirkəti "WizPhone WP006" adlı "4G" telefonunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, əksər "4G" qurğularından fərqli olaraq "Wizphone WP006" telefonunun qiyməti 7 dollar təşkil edir. "KaiOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu "Google Assistant" köməkçi funksiyasının işə salınması üçün xüsusi düymə ilə təchiz edilib. Onun vasitəsilə qurğuya, məsələn, zəng edilməsi, bildiriş göndərilməsi, musiqinin səsləndirilməsi və videonun göstərilməsi üçün müxtəlif səsli komandalar vermək mümkündür. Bundan başqa, yeni qurğu "KaiOS" sistemi üçün "Facebook" və "WhatsApp" mobil əlavələrinin quraşdırılmasını dəstəkləyir.