Bu il medal qazanan Naxçıvan idmançılarının sayı açıqlanıb


Digərləri 11 Dek 2018 08:50:00 267 0

Bu il medal qazanan Naxçıvan idmançılarının sayı açıqlanıb

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının idmançıları Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə muxtar respublikanın Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirədə Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov bildirib.

Cari ildə muxtar respublikanın Kikboksinq Federasiyasının yaradıldığını diqqətə çatdıran nazir qeyd edib ki, bu il muxtar respublikada bir sıra beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilib, eləcə də yerli idmançıların Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilib.