Google daha bir köhnəlmiş Androidin dəstəyini dayandırdı


Digərləri 11 Dek 2018 08:21:00 394 0

Google daha bir köhnəlmiş Androidin dəstəyini dayandırdı

Google şirkəti təkcə öz servislərini deyil həmdə köhnə Android əməliyyat sistemli cihazların dəstəyini dayandırmağa davam edir. Bir neçə müddət bundan öncə şirkət rəsmi olaraq bildirmişdi ki, o, Google Hangouts və Allo messencerlərini bağlayacaq. Bugün isə bəzi Android istifadəçiləri aşkar etdilər ki, onlar daha aktiv şəkildə öz cihazlarından istifadə edə bilməzlər. Beləliklə bugündən başlayaraq Google şirkəti Android 4.0 Ice Cream Sandwich əməliyyat sisteminin dəstəyini dayandırır.

Son.az technote.az-a istinadən bildirir ki, bu cür qərar sözügedən əməliyyat sisteminin aşağı səviyyədə məşhurluğu səbəbilə verilib. Belə ki, məlumata əsasən bu əməliyyat sistemi versiyasından 1%-dan az istifadəçi istifadə edir. Beləliklə yeni smartfon modelinə keçid etməyi planlaşdırmayan istifadəçilər bugündən etibarən bu əməliyyat sistemi üçün Google Play-dən yüklənmiş tətbiqlər üçün yenilənmələr əldə etməyəcəklər. Qeyd etmək lazımdır ki, Android 4.0 Ice Cream Sandwich əməliyyat sistemi 2011-ci ildə təqdim edilmişdi. Bu əməliyyat sisteminə sahib olmuş ilk smartfon modeli isə Samsung Galaxy Nexus olmuşdu.