"Allo" messenceri də tarixə qovuşur


Digərləri 11 Dek 2018 08:25:00 690 0

"Allo" messenceri də tarixə qovuşur

"Google" şirkəti 2016-cı ildə təqdim edilmiş "Allo" adlı "ağıllı" messencerin fəaliyyətini 2019-cu ilin martında dayandıracaq.   Son.az ICTnews-a istinadən bildirir ki, internet şirkəti "Allo" messencerinin əvəzinə, "Android Messages" layihəsi üzərində işləyəcək. "Allo" messencerindən mesajların surətlərini yükləmək üçün təlimat "Google"un saytında yerləşdirilib.   "Google Allo" - "Hangouts" xidməti üçün əvəzetmə deyil, daha çox "Facebook Messenger"ə oxşar müstəqil proqramdır. Bu messencerdə avtorizasiya mobil telefonun nömrəsi əsasında həyata keçirilir.