Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var


Dünya 11 Dek 2018 08:30:00 287 0

Meksikada bar atəşə tutulub, ölənlər və yaralananlar var

Naməlum şəxslər Meksikada barı avtomat silahlardan atəşə tutub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Televisa" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Monterre şəhərində baş verib. Hadisə zamanı azı 3 nəfər öldürülüb, daha 5 nəfər yaralanıb.