Türkiyədə 26 terrorçu zərərsizləşdirilib


Dünya 11 Dek 2018 08:02:00 371 0

Türkiyədə 26 terrorçu zərərsizləşdirilib

Türkiyədə dekabrın 3-dən 10-a kimi keçirilən antiterror əməliyyatlarında 26 terrorçu zərərsizləşdirilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri bu müddətdə terrorçulara və onların əlaltılarına qarşı 2817 əməliyyat keçiriblər. Əməliyyat zamanı 1 terrorçu öldürülüb, 19 nəfər ələ keçirilib, 6 terrorçu isə silahı yerə qoyaraq könüllü təslim olub.