Chrome proqramçıları FTP dəstəklənməsinə son qoymaq istəyirlər


Digərləri 11 Dek 2018 07:51:00 612 0

Chrome proqramçıları FTP dəstəklənməsinə son qoymaq istəyirlər

2018-ci il noyabr ayında Chrome proqramçılarının göndərişlərində FTP protokolunun işlənməsinə dəyişikliklər təklifi barədə post paylaşılmışdı. Bu addım köhnəlmiş məlumat ötürülmə protokolunun dayandırılması üzrə uzunmüddətli strategiyanın başlanğıc hissəsi kimi qiymətləndirilir.

Planlaşdırılan dəyişikliklər.

Son.az technote.az-a istinadən bildirir ki, hazırda brauzer FTP üzərindən faylları əldə etdikdə, imkan olduğu təqdirdə, onları açır. Postun müəllifi Mayk Vest (Mike West) bunu dəyişdirməyi təklif edir. Əgər istifadəçi resursa FTP üzərindən qoşularsa, brauzer faylın yüklənməsini (açılmasını yox) təklif etsin. Qovluğa yönləndikdə isə Chrome əvvəlki kimi qovluğu indeksləməyə davam edib daxilini göstərsin.

Vest FTP-ni köhnəlmiş və qeyri-təhlükəsiz hesab edir və veb-tərtibatçılara HTTPS-ə keçməyi təklif edir. iOS-də bütünlüklə FTP-dən imtina etmək alınıb, lakin digər ƏS istifadəçiləri hələ də bu alətdən istifadə edirlər.

Chrome proqramçıları arasında FTP-dən imtina söhbətləri hələ uzaq 2014-dən bəri gedir. Halbu ki, statistika kiçik amma stabil sayda istifadəçinin bu protokoldan hələ də istifadə etdiyini göstərir və bu hal protokoldan bütünlüklə imtina edilməsinin xoşagəlməz qarşılana biləcəyini xəbərdar edir. Vest-in təklif etdiyi dəyişikliklər bu rəqəmləri endirə bilər. Adət ənənəyə sadiq qalmaq istəyənlər üçün isə proqramçılar modul yaratmağı təklif edirlər.