Apple Platoonu aldı


Digərləri 11 Dek 2018 07:41:00 547 0

Apple Platoonu aldı

Apple şirkəti cavan ifaçıların inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən Platoon adlı startapı aldı. Maraqlısı ondadır ki, bu startapın təsisçilərindən biri Apple şirkətinin keçmiş əməkdaşıdır. Platoon startapı 2016-cı ildə Denzyl Feigelson və Saul Klein tərəfindən təsis edilib. Şirkət ABŞ-da və İngiltərədə cavan ifaçıların inkişaf etdirilməsi ilə məşğul olur. Platoon şirkəti sayəsində bir sıra cavan ifaçılar nəticədə Universal və Sony şirkətləri ilə müqavilələr bağlayıblar. Apple şirkətinin bu startapı hansı qiymətə aldığı barəsində məlumat verilmir. Lakin məlumdur ki, Denzyl Feigelson şirkətin rəhbəri vəzifəsində çalışmağa davam edəcək. Şirkət 12 işçidən ibarətdir.

Sol tərəfdə Saul Klein, sağ tərəfdə isə Denzyl Feigelson əks olunub:

Məlumata əsasən iPhone istehsalçısının Platoon-u alması Platoon-nun orijinal musiqi və vizual kontent hazırlanması sahəsinin inkişafın təsvirinin daha da inkişaf etdirilməsində şirkətə əlavə resurslar verəcək. Şirkətin Platoon-u nəyə görə alması bilinmir. Çox güman ki, şirkət Platoon-u özünün cavan musiqiçilərin axtarılması layihəsinə inteqrasiya etmək istəyir. Qeyd etmək lazımdır ki, bu ilin oktyabr ayında şirkət Asaii adlı platformanı almışdı. Bu platforma machine learning texnologiyası sayəsində cavan musiqiçilərin axtarılması üzrə fəaliyyət göstərir.