Azərbaycanın Dostları Assosiasiyasının prezidenti: Jak Şirak Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu


Digərləri 11 Dek 2018 07:33:00 447 0

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti: Jak Şirak Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu

Jak Şirak Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu

Bakı. Ləman Zeynalova - Jak Şirak Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu. Bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı Trend-ə açıqlamasında deyib. O bildirib ki, Heydər Əliyev Fransanın iki prezidenti – Fransua Mitteran və Jak Şirakla sıx münasibətlər, eləcə də Azərbaycanla Fransa arasında bu günədək davam edən əməkdaşlıq əlaqələri yaradıb: “Məhz Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanla Fransa arasında münasibətlər fəallaşıb. Jak Şirak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə nizamlanması üçün bir neçə təşəbbüs irəli sürmüşdü”. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti qeyd edib ki, onun Azərbaycana bağlılığı əsasən Heydər Əliyevin parlaq şəxsiyyəti ilə bağlıdır: “Heydər Əliyev respublika ağır vəziyyətdə olarkən xalqın çağırışı ilə rəhbərliyə qayıtdı. Məhz Heydər Əliyevin sayəsində ölkə çətin dövrü arxada qoydu və müasir Azərbaycan quruldu, ölkənin müstəqilliyi təmin olundu. Heydər Əliyevin xarizması ona xalqı öz ətrafında birləşdirməyə və Azərbaycanı dünyada tanınan və hörmətə layiq dövlətə çevirməyə imkan verdi”. J.Mansel xatırladıb ki, Fransa Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub və 1992-ci ildə tez bir zamanda Jan Perreni – Fransada Azərbaycanın Dostları Assosiasiyasının təsisçisini səfir göndərib: “Biz Heydər Əliyevin qeyri-adi həyatına nəzər salanda Azərbaycan xalqının məhəbbətini və minnətdarlığını anlayırıq. Eynilə Fransa xalqı Şarl de Qolla məhəbbət bəsləyir və minnətdardır. Şarl de Qoll Fransa üçün necə əhəmiyyət kəsb edirsə, Heydər Əliyev də Azərbaycan üçün o qədər əhəmiyyət daşıyır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin