AlphaZero 3 növ stolüstü oyunda mahir oyunçuya çevrilib


Digərləri 11 Dek 2018 07:21:00 719 0

AlphaZero  3 növ stolüstü oyunda mahir oyunçuya çevrilib

AlphaZero Google şirkətinin süni zəka sahəsi üzrə fəaliyyət göstərən DeepMind adlı şöbəsinin yeni alqoritmidir. O, əvvəlki alqoritm olan AlphaGo-nun işini davam etdirir. Qeyd etmək lazımdır ki, AlphaGo alqoritmi stolüstü oyunlarda dünya çempionlarına qalib gəlmək üçün hazırlanmışdır. Lakin AlphaGo-dan fərqli olaraq AlphaZero bir dəfəyə 3 növ stolüstü oyun üzrə mahir oyunçuya çevrilib. Qeyd etmək lazımdır ki, Google şirkətinin daxilində fəaliyyət göstərən DeepMind AlphaGo alqoritmini 2015-ci ildə məşhur go adlı stolüstü oyun üçün yaratmışdı. Artıq 2016-clı ildə machine learning sistemindən istifadə etmiş AlphaGo alqoritmi go oyununda insanlar arasında ən güclü oyunçu olan Lee Sedol-a qalib gəlmişdi.

Son.az technote.az-a istinadən bildirir ki, həmin oyun partiyasından sonra Koreyanın go üzrə assossiasiyası AlphaGo-ya ən yüksək ustalıq statusu vermişdi. Həmin oyun partiyasının vacibliyini bir çox insanlar Deep Blue sistemi ilə şahmat üzrə dünya çempionu Garry Kasparov arasında olmuş oyun partiyasının vacibliyi ilə eyni səviyyədə tuturlar. Lakin burda bir fərq var ki, go oyunu şahmatdan daha qəlizdir və bu səbəbdən kompüter sistemi üçün onu öyrənmək də çətindir. Lakin bütün üstünlüklərə baxmayaraq AlphaGo öz imkanları baxımından qısıdlı idi. Buna görə də DeepMind mütəxəssisləri universal süni zəkanın yaradılması üzərində çalışmağa başladılar.

Beləliklə yeni yaradılmış AlphaZero adlı alqoritm 3 növ stolüstü oyunu öyrənməyə qadirdir: Şahmat, go və yapon şahmatı olan şogi. AlphaZero daha balanslaşdırılmış və idealdır. Belə ki, cəmi 3 gün ərzində bu alqoritm heç bir insanın köməyi olmadan yalnız sözügedən 3 növ stolüstü oyunun qaydaları ilə tanış olaraq həmin oyunlarda məharətli oyunçuya çevrilib. "Oyunda olan tamamilə təsadüfi hallardan başlayaraq AlphaZero ən yaxşı oyun partiyasının necə olacağı təsəvvürünə sahib olur. O, oyun barəsində öz qiymətləndirməsini yaradır. Bu məsələdə o, strategiyanın qurulması üzrə düşünən insanlarda yaranan məhdudlardan azaddır" - deyə DeepMind-ın həmtəsisçisi Demis Hassabis bildirib. Məhz bu özəllik AlphaZero-nu AlphaGo-dan fərqləndirir.