Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” adlı layihə davam edir (FOTO)


Digərləri 11 Dek 2018 02:51:01 290 0

Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” adlı layihə davam edir (FOTO)

Tələbələrin “Sarı simin lisanı” adlı konserti keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakultəsinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin “Sarı simin lisanı” adlı konserti keçirilib. Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Konsertdə tələbələr Arif Məlikovun - “İki fraqment”, Cahangir Cahangirovun -“Ana”, “Aylı gecə”, Qara Qarayevin - “Gözəllər gözəlinin portreti”(“Yeddi gözel” baletindən), Ramiz Mirişlinin -“Tar ilə simfonik orkestr üçün konsert” II hissə “Andante”, Vasif Adıgözəlovun -“Şuşam laylay”, Həsən Rzayevin - “Cahargah rapsodiyası”, Nikolay Lukavikin - “Macar çardaşı”, Antonio Vivaldinin - “Yay”, Rimski Korsakovun - “Arı uçuşu” əsərlərini tarda ifa ediblər.