Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib


Digərləri 11 Dek 2018 00:15:00 272 0

Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib

İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltif olunması mərasimləri keçirilib.

Bakı. Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin xatirəsini anma günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur. İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya, təbabət və iqtisadiyyat sahələrində laureatlara mükafatlar verilib. İsveç Kralı ХVI Karl Qustav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu pul mükafatı təqdim edib. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb.