Günün qoroskopu: Şəxsi münasibətlərdə irəliləyiş ola bilər


Digərləri 11 Dek 2018 00:01:00 311 0

Günün qoroskopu: Şəxsi münasibətlərdə irəliləyiş ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - ünsiyyətdə səmimi, qayğıkeş olun. Münasibətlərdəki aktiv mövqeyiniz əlaqələrdə harmoniya yaradacaq. Ən rutin işlərin görülməsində yaradıcılıq imkanları yaranır. Mövqeyinizi ətrafınızdakı insanlara çatdırın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanların ideyalarından tam hali olmamış xudpəsəndlik etməyin.

Aktiv olun. Axşam saatlarına yaxın ailə üzvlərinizi sevindirin. Qayğı və anlamla davranaraq münasibətləri yaxşılaşdırın. Gəzintiyə çıxa bilərsiniz.

Buğa - günün ilk yarısında situasiya kəskin reaksiya, qərarların qəbul olunması prosesində çeviklik tələb edir. Məntiqli, soyuqqanlı olun. Yalnız belədə uğur qazana bilərsiniz. Maraqlı ideyalarını sizinlə bölüşəcək həmfikirlərlə dil tapmağa çalışın.

Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Məişət əşyaları, rabitə və ya nəqliyyat vasitəsi almaq olar.

Axşam saatlarını yaxınlarınızla keçirin. Ümumi işlər və əyləncəyə birgə yollanmaq sizi bədbinlikdən qurtara bilər. Subaysınızsa, seçim məcburiyyəti ilə qarşılaşacaqsınız.

Əkizlər - günün ilk yarısı yeni işlərə başlamaq üçün əlverişlidir. İnnovasiyalı layihənin ilkin mərhələsində fəal olun. Həmkarları və ya həmfikirləri özünüzə cəlb edin. Münaqişəli situasiyaları həll edin.

Günün ikinci yarısında iradlara və tənqidə ifrat dərəcədə sərt reaksiya verməyin. Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Dəyər verdiyiniz insanlar sözlərinizə diqqətlə qulaq asacaqlar. Axşam saatlarını dostlarla keçirin.

Xərçəng - günün ilk yarısında ən ağır işlərlə məşğul ola bilərsiniz. Özünüzə güvənin. Diqqətinizi cəmləyin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin məsələlərin həllində süst davranmayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara sərt iradlar bildirməyin. Nöqsanlar barədə bərkdən danışmayın, sürəkli məsləhətlər verməyin. Belə davranış ən yaxın adamları sizdən soyuda bilər.

Axşam saatlarında sevdiyiniz insanla mübahisə etməyin. Təmasları daha da səmimiləşdirin.

Yaxın ətrafınızda peyda olacaq insanlardan biri yaşamınızda önəmli rol oynaya bilər.

Şir - günün ilk yarısında vəziyyət ilk baxışdan ümidsiz təsir bağışlasa da, ruhdan düşməyin. Çaşqınlığa yol verməyin, hadisələrin axarını nəzarətsiz qoymayın. Qətiyyətli və iradəli davranışın mükafatı yaxşı nəticə olacaq.

Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki problemlərin orijinal həllini tapacaqsınız. Gərəkli insanlarla əlaqələri inkişaf etdirin. Kollektiv fəaliyyətlə mövqelərinizi möhkəmləndirməyə çalışın.

Şəxsi münasibətlərdə dəyişikliklər üçün yaxşı zamandır. Dəyər verdiyiniz insanla təmaslar sizi sevindirəcək.

Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.  

Qız - günün ilk yarısında böyük layihənin ilk mərhələsində çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin. Unutmayın ki, böyük nailiyyət kiçik uğurlardan ibarətdir. Planlaşdırmaya başlayın. Qarşınıza ambisioz məqsədlər qoymayın.

Günün ikinci yarısında irəliləyiş üçün bünövrə hazırlayın.

Yaxınlarınızla münasibətlərdə ifrat səxavətiniz və sentimentallığınızdan elə sizə qarşı istifadə oluna bilər. Qayğıkeş, amma praktik davranın. Maraqlarınızı qorumaqdan çəkinməyin.