ABŞda dörd nəfər qar çovğununun qurbanı olub


Dünya 10 Dek 2018 23:52:00 257 0

ABŞda dörd nəfər qar çovğununun qurbanı olub

ABŞ-ın Şimali Karolina ştatında baş vermiş qar fırtınası nəticəsində dörd nəfər ölüb.

Son.az "report"-a istinadən bildirir ki, ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə qarın qalınlığı 60 sm-i keçib. Əlverişsiz hava şəraiti ilə bağlı yollarda hərəkət iflic olub. Bildirilir ki, 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib.

Şimali Karolina ştatının hakimiyyət orqanları sakinlərə səfərə çıxmamağı məsləhət görüblər.