102 yaşlı qadın paraşütlə tullanıb FOTO


Digərləri 10 Dek 2018 23:54:00 333 0

102 yaşlı qadın paraşütlə tullanıb  FOTO

Avstraliya sakini 102 yaşlı İren О'Şia paraşütlə tullanıb. Bununla da o, dünyanın ən yaşlı paraşütlə tullanan qadını rekorduna imza atıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə dekabrın 10-da "Dailly Mail" nəşri məlumat yayıb. Yerə endikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirib.

Məlumatda qeyd edilir ki, Lenqhorn-Krikdən tullanış İ.О'Şianın sayca üçüncü cəhdidir. İlk dəfə onun 2016-cı ildə, 100 yaşı tamam olarkən 4 min metr yüksəklikdən tullandığı bildirilir.


Xəbərə aid fotolar