Olmazsaolmaz sayılan 7 KARBOHİDRAT Qətiyyən rasiondan çıxarmayın


Digərləri 10 Dek 2018 23:39:00 368 0

Olmazsaolmaz sayılan 7 KARBOHİDRAT  Qətiyyən rasiondan çıxarmayın

Bir çoxları karbohidrat tərkibli qidalardan uzaq durmağa və qida rasionlarından tamamilə çıxarmağa üstünlük verirlər. Bir tərəfdən bu addım doğru hesab oluna bilər. Çünki məhz karbohiodrat tərkibli qidalar insanın çəki almasına səbəb olur. Lakin işin başqa bir tərəfi də var. Karbohidrat tərkibli qidaların heç də hamısı zərərli hesab olunmur. Hətta onlar rasiondan çıxarıldıqda bir sıra sağlamlıq problemlərinə də yol aça bilər. Əlbəttə ki, söhbət sağlam və təbii karbohidratdan gedir. İşlənmiş, rafinə olunmuş karbohidratlar isə insanın çəki almasına, piylənmə, şəkər kimi bir sıra xəstəliklərə düçar olmasına səbəb olur. Bu karbohidratlara ağ undan hazırlanmış bütün növ bişintilər, ağ şəkər tozu, makaron məmulatları və s. aid edilə bilər. 

Bir sıra pəhrizlərdə karbohidrat tərkibli qidaların üstü qaralanaraq, tez çəki atmaq üçün rasiondan tamamilə çıxarılır. Ancaq bu çox yalnış fikirdir. Çünki sağlam karbohidratların tərkibində orqanizm üçün bir çox xeyirli və lazımlı maddələr olur. Buna görə də onlardan tamamilə imtina etmək düzgün deyil.   

Müasir diyetologiyaya görə, hər bir insan gün ərzində qəbul etdiyi kalorinin 45-65 %-ni karbohidratlardan almalıdır.

Son.az medicina.az-a istinadən hər bir insanın qida rasionunda yer tutması vacib olan 7 karbohidrat növünü təqdim edir:

1) Qəhvəyi düyü  

Təəssüflər olsun ki, pəhrizdə düyünün reputasiyası heç də ürəkaçan deyil. Amma yaddan çıxarmayaq ki, söhbət ağ düyüdən gedir. Ağ düyüdən fərqli olaraq qəhvəyi düyünün tərkibində bol miqdarda zülal və lif mövcuddur. 1 pay bişmiş qəhvəyi düyüdə cəmi 120 kalori var. Onun tərkibində 2 qr lif, 3 qr zülal, 26 qr karbohidrat var.

2) Yulaf yarması 

Səhər yeməyi üçün əla variantdır.1 pay yulaf yarmasının tərkibində 27 qr sağlam karbohidrat, 4 qr lif, 5 qr zülal var. Bu isə bir insanı gün boyu enerji ilə təmin etmək üçün kifayət edəcək miqdardır. Tərkibində olan liflər sayəsində qanda olan xolesterinin mirdarını azaldır. 

3) Lobya