"Sevgilisinə söz atıldığı üçün" silahla banka girib... QƏRİBƏ SOYĞUN FOTO


Digərləri 10 Dek 2018 23:36:00 258 0

"Sevgilisinə söz atıldığı üçün" silahla banka girib... QƏRİBƏ SOYĞUN  FOTO

Türkiyənin Konya şəhərində qəribə və bir o qədər maraqlı cinayət işinin üstü açılıb.

Son.az xəbər verir ki, qəribə geyimli bir şəxs əlində odlu silahla banka daxil olub. Adı Murat Yıldırım olan bu şəxs "sən mənim sevgilimə niyə sataşırsan" deyərək bankın mühafizəçisinin üzərinə hücum çəkib.

Lakin onun niyyətinin başqa olduğu ortaya çıxıb. Belə ki, silahlı şəxsin 15 min TL borcu olub və bank soyaraq borcunu bağlamaq istəyib. Ancaq o, bankın digər işçiləri tərəfindən zərərsizləşdirilib. Polis axtarış zamanı onun üzərindən bıçaq da tapıb.


Xəbərə aid fotolar