Nənələrimizin inancı əbəs deyilmiş Üzərlik həqiqətən də orqanizmə yaxşı təsir edir


Digərləri 10 Dek 2018 23:19:00 238 0

Nənələrimizin inancı əbəs deyilmiş  Üzərlik həqiqətən də orqanizmə yaxşı təsir edir

Xalq inancına görə, üzərlik insanı bəd nəzərdən qoruyur. Buna görədir ki, analarımız, nənələrimiz həmişə evin bir küncündə üzərlik asar, evdə mütləq bu bitkidən saxlayardılar. Buna indi də inananlar var. Belə ki, kiməsə göz dəyməməsi, yaxud onu gözdən qorumaq üçün bitkinin toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır. Belə hesab edilir ki, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bəd nəzərin qarşısını alır. Əslində isə həqiqətən də üzərlik yandıqca insan orqanizminə müsbət təsir göstərir. 

Son.az medicina.az-a istinadən bildirir ki, hələ orta əsr mənbələrində üzərliyin quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, bronxlardan bəlğəmi çıxardığı, bağırsaqlardakı qaz qovmağı və qanı durulaşdırdığı barədə məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində istifadə edilir.

Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.

Toxumu sirkədə qaynadılandan sonra alınan maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptek çobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir.