Azərbaycanlı iş adamı intihar edib


Digərləri 10 Dek 2018 22:58:00 250 0

Azərbaycanlı iş adamı intihar edib

Rusiyada azərbaycanlı iş adamı intihar edib.

Son.az "report"-a istinadən bildirir ki, 1972-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşamış Nüsrət Niyaz oğlu Qırtımov özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Yaxınlarının "Report"a verdiyi məlumata görə, N.Qırtımov bu gün yaşadığı Kazan şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, N.Qırtımov Kazanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.