Miqrendən canı boğaza yığılanlar Ağrı əleyhinə 5 effektiv metod


Digərləri 10 Dek 2018 23:01:00 256 0

Miqrendən canı boğaza yığılanlar  Ağrı əleyhinə 5 effektiv metod

Miqren müasir dövrün ağrıları içində ən qəribəsi, ən dözülməzi və ən çətinidir. Əslində, xəstəlik kimi xəstəlik deyil, ağrı kimi ağrı. Həftədə, ayda 1-2 dəfə, ən çoxu 3-4 dəfə gəlib insanın beynini, başını, gözünü, əsəbini yerindən oynadıb gedir. 

Miqren nevroloji tutmadır. Daha çox qadınlarda rast gəlinir, amma kişilər və uşaqlar da istisna deyil.

Miqrenin 2 növü var: auralı və aurasız. Son.az medicina.az-a istinadən miqren tutmalarından öncə və tutma zamanı köməyinizə gələcək sadə üsulları təqdim edir. 

Auralı miqrendə göz önündə işıq ləkələri yaranır, görmə zəifləyir, hətta sanki itir, ürəkbulanma, qusma ola bilir.

Miqreni çağıran səbəblər: bəzi qidalar, ərzaqlar, alkoqol, gec yemək, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, nəqliyyat, kəskin qoxular, ətirlər, güclü işıq, menstruasiya, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması. 

Bəzi insanlar miqren tutmasından əvvəlki gündə qıcıqlanma, yorğunluq, gücsüzlük, bəziləri isə əksinə güclü iştah və aktivlik, aqressivlik hiss edir. 

Miqren tutmalarını necə yüngülləşdirməli?