Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı məhsullar


Digərləri 10 Dek 2018 22:49:00 240 0

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı məhsullar

Kalium yüksək arterial təzyiqi tənzimləyir, ürəyi qoruyur.

Orqanizmdə təzyiqin yüksəlməsinin əsas səbəblərindən biri natriumun səviyyəsinin artmasıdır.  Natrium orqanizmdə mayeni saxlayır və bu da təzyqin yüksəlməsinə səbəb olur. Natriumun əsas mənbəyi duzdur. Kalium natriumun antaqonistidir, yəni kaliumun səviyyəsi yükəsldikcə natriumun səviyyəsi əksinə aşağı düşür ki, bu da təzyiqi tənzimləməyə kömək edir.

Məhz bu səbəbdən mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə və yüksək təzyiqin profilaktikası məqsədi ilə qidalanmada kalimla zəngin olan məhsulların miqdarını artırmağı tövsiyə edir.

Son.az saglamolun.az-a istinadən kaliumla zəngin olan məhsulların siyahısını təqdim edir:

- Kartof

- Paxlalılar (noxud, mərci, lobya)

- Ərik qurusu

- Qara gavalı qurusu