D vitamininin əskikliyi bu xəstəliklərə yol açır


Digərləri 10 Dek 2018 22:55:00 277 0

D vitamininin əskikliyi bu xəstəliklərə yol açır

D vitamini orqanizmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir.

Bu vitaminin orqanimzdə çatışmazlığı bəzi ciddi pozulmalara və xəstəliklərər səbəb ola bilər.

1. Osteoporoz

Son.az saglamolun.az-a istinadən bildirir ki, D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır. D vitamininin çatışmazlığı zamanı kalsium pis mənimsənilir və bu da sümüklərin zəifləməsinə səbəb olur.

2. Yüksək xolesterin

D vitamini orqanizmdə xolesterini normada saxlamağa kömək edir. Xolesterinin yüksək səviyyədə olması bir çox hallarda aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarla daralır, tıxanır. Ürək və ya beyində damarın tıxanması ürək tutması, infarkt və insulta səbəb ola bilər.

3. İmmunitetin zəifləməsi

D vitamini immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.  D vitamininin əskikliyi zamanı insan tez-tez respirator infeksiyalarına, qripp və soyuqdəymə xəstəliklərinə tutulur.

Həmçinin D vitamininin çatışmazlığı orqanimdə iltihabın artmasına səbəb olur.  

4. Əhvalın pis olması, ümidsizlik, depressiya

D vitamininin əskikliyi orqanizmdə serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. "Xoşbəxtlik hormonu" sayılan serotoninin ifrazının azalması əhvalın pis olmasına,ümidsizliyə,  depressiyaya səbəb olur.

5. Əzələlərdə ağrılar