Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın onlarla üzvü saxlanılıb


Kriminal 10 Dek 2018 22:46:00 255 0

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın onlarla üzvü saxlanılıb

Fransanın hüquq-mühafizə orqanlarının Lion şəhərində keçirdiyi geniş miqyaslı xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu mütəşəkkil cinayətkar qruplaşmanın 22 üzvü saxlanılıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib.

Bu gün keçirilmiş "VORS 69-01" adlı xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin 10-u Gürcüstan vətəndaşıdır. Onlardan 2-i "qanuni oğru"dur.

Fransa və Belçikada fəaliyyət göstərən cinayət qruplaşma üzvləri mənzil və avtomobillər qarət edib, saxta sənədlərin hazırlanması və narkotik istifadəsi ilə məşğul olublar.