Tailand kralı X Rama 39 kilometrlik velosiped yürüşünün önündə gedib


Digərləri 10 Dek 2018 22:25:00 270 0

Tailand kralı X Rama 39 kilometrlik velosiped yürüşünün önündə gedib

Tailand kralı Maxa Vatçiralonqkon (X Rama) dekabrın 9-da axşam saatlarında Banqkokun tarixi hissəsində yerləşən Dusit sarayının qarşısındakı Kral meydanında "Un Ay Rak" (İsti və Məhəbbət) qış yarmarkasının açılışı münasibətilə təşkil olunan 39 kilometrlik velosiped yürüşünə başçılıq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Bangkok Post" qəzetinin yaydığı məlumata görə, X Rama Kral meydanından Samutprakan vilayətindəki Lat Pxo parkına qədər çoxminlik velosipedçilər dəstəsinin önündə gedib.

Banqkokda yanvarın 19-dək davam edəcək "Un Ay Rak" yarmarkası ilə bağlı ölkənin müxtəlif vilayətlərində keçirilən veloyürüşlərə ümumilikdə yüz minlərlə insan qatılıb.