Manus və Nauru adalarında yaşayan miqrantlar Avstraliya hökumətini məhkəməyə verirlər


Dünya 10 Dek 2018 22:19:00 297 0

Manus və Nauru adalarında yaşayan miqrantlar Avstraliya hökumətini məhkəməyə verirlər

"The National Justice Project" hüquq müdafiəsi qrupunun vəkilləri Manus və Nauru adalarındakı müvəqqəti düşərgələrdə yaşayan 1200 qaçqının adından, iki qrupun iddiası ilə hökumətə qarşı Avstraliya Ali Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

"Miqrantlar təsdiq edirlər ki, onlar hər gün Avstraliya hökuməti tərəfindən işgəncələrə məruz qalırlar, onlara düşünülmüş şəkildə fiziki və mənəvi əzab verilir. Avstraliya hökuməti bu yolla insanların qayıqlarla qitəyə gedərək orada sığınacaq almaq cəhdlərinin qarşısını alır", - deyə qrupun üzvü Corc Nyuhaus bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onun sözlərinə görə, Kanberradakı məhkəməyə müraciət edən miqrantlar öz vətəndaş hüquqlarını təmin etmək istəyirlər.