Milad bəzək əşyalarının dünyada ən böyük ixracatçıları


Digərləri 10 Dek 2018 22:06:00 408 0

Milad bəzək əşyalarının dünyada ən böyük ixracatçıları

Dünya Ticarət Mərkəzinin məlumatına görə, 2017-ci ildə Polşa Milad bəzək əşyalarının dünyada dördüncü ən böyük ixracatçısı, Polşadan xaricə göndərilən bəzək əşyalarının dəyəri isə 66,3 milyon dollar olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şamlar, elektrik işıqlandırma cihazları, təbii Yeni il yolkaları və onlar üçün altlıqlar istisna olmaqla, Yeni il bəzək əşyalarının çoxlu "Yeni il malları" kateqoriyasına aid edilir.

Polşadan beynəlxalq bazarlara göndərilən Milad əşyaları Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Niderlandda və Fransada çox populyardır. Bu malların ixrac edildiyi istiqamətlər siyahısında Azərbaycan, Kolumbiya və Cənubi Afrika Respublikasının da adları var.