Yarımçılpaq, yaxud çılpaq vəhşi...


Digərləri 10 Dek 2018 21:54:00 302 0

Yarımçılpaq, yaxud çılpaq vəhşi...

Yarımçılpaq, yaxud çılpaq vəhşi afrikalı: bu, XX əsrin əvvəlində Afrika qitəsinin Belçika xalqı arasında təbliğ edilən tipik obrazıdır. Hətta 1897-ci ildə Ümumdünya sərgisi üçün Belçika ətrafında Mərkəzi Afrika Kral Muzeyi də açılıb. Belçikanın müstəmləkəsi olan Konqodan eksponatların nümayiş etdirildiyi bu muzeydə hər addımbaşı irqi ayrı-seçkilik qabardılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müasir belçikalılar əcdadları tərəfindən afrikalıların bu şəkildə təbliğ edilməsinə görə xəcalət çəkirlər. On il əvvəl muzey yenidənqurma işləri üçün bağlanıb. Yenidənqurma işləri bir vaxtlar müstəmləkəçilik qaydalarının tərənnüm edildiyi binada konqalıların istismarını və müstəmləkəçilər tərəfindən yol verilmiş digər sui-istifadə hallarını ifşa etmək məqsədi ilə aparılıb.