Britaniya "Brexit" üzrə bildirişi birtərəfli qaydada geri götürə bilər


Dünya 10 Dek 2018 21:48:00 383 0

Britaniya "Brexit" üzrə bildirişi birtərəfli qaydada geri götürə bilər

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmaq barədə bildirişi geri götürərək Aİ-nin üzv ölkəsi statusunu tam saxlamaq hüququna malikdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa İttifaqının məhkəmə instansiyasının qərarında deyilir.

"Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmaq barədə bildirişi birtərəfli qaydada geri götürə bilər. Konstitusiya normalarına uyğun olaraq atılan bu addım Birləşmiş Krallığın üzv ölkə statusu dəyişilmədən ittifaqda qalmasına gətirib çıxarar", - bu müddəa məhkəmənin mətbuat xidməti tərəfindən dekabrın 10-da yayılan qərarda əksini tapıb.