2040cı ilədək qlobal təbii qaz tələbatı 46 faiz artacaq


Dünya 10 Dek 2018 21:30:00 273 0

2040cı ilədək qlobal təbii qaz tələbatı 46 faiz artacaq

Qlobal təbii qaz tələbatının 2040-cı ilə qədər 46 faiz artacağı proqnozlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun ("Gas Exporting Countries Forum" - GECF) hesabatında deyilir. Bildirilir ki, qlobal təbii qaz tələbatının 2017-ci ildəki 3,7 trilyon kubmetrlə müqayisədə 2040-cı ilədək 5,44 trilyon kubmetrə çatacağı gözlənilir.

Ümumilikdə 2040-cı ilə qədər qaz istehsalının illik 1,7 faiz səviyyəsində artması nəzərdə tutulur. Hasilat artımına ən böyük töhfəni ABŞ, Rusiya, Çin və İran verəcək. 2040-cı ilədək təbii qazın qlobal enerji balansındakı payı hazırkı 22 faizdən 26 faizə qədər artacaq.