İstanbul Universitetində “İrəvan gizlədilmiş həqiqətlər“ sənədli filmi


Kriminal 10 Dek 2018 20:42:00 298 0

İstanbul Universitetində “İrəvan  gizlədilmiş həqiqətlər“ sənədli filmi

İstanbul Universitetində "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filminin türk dili versiyasının nümayişi keçirilib.  

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, "Virtual Qarabağ" İnformasiya - Kommunukasiya Trxnologiyaları Mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikasının Türkiyə Respublikasınnın İstanbul şəhərindəki vitse-konsulu Ramin Hacızadə, sənədli filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, "İslahatçı Gənclər" ictimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı Prof. Dr. Fatih Sancaktar, İstanbul Universiteti Tarix Bölümü Öyrətim Üyəsi Prof. Dr. Hilal Bal və başqaları iştirak ediblər.        

İstanbul Universitesi Edebiyat Fakültesi Kurul salonunda baş tutan nümayiş öncəsində çıxış edən İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı, Prof. Dr. Fatih Sancaktar Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.  Natiq "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağənı qeyd edib.

Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov çıxışında Türkiyə və Azərbaycan arasında qardaşlıq bağlarının çox əsrlik tarixi olduğunu bildirib. Ş.İsmayıov vurğulayıb ki, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etməsi hər iki xalqın və dövlətin diqqət mərkəzindədi.

Millət vəkili həmçinin erməni yalanlarının bütün dünyada ifşa edilməsi istiqamətində hər iki ölkənin müvafiq qurumlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclər təşkilatlarının səylərini birləşdirməli olduğunu diqqətə çatdırıb.

"Virtual Qarabağ"  İnformasiya - Kommunikasiya Texnologiyaları mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, təqdim olunan "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filminin məzmunu və xüsusiyyətləri haqqında İstanbul Universiteti müəllim, professor və tələbə heyətinə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filmi erməni yalanlarını ifşa etmək, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması, bu şəhərin türk - müsəlman irsinin tamamilə məhv edilməsi  haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

İstanbul Universiteti Tarix Bölümü Öğretim Üyesi Prof. Dr. Halil Bal da çıxışında uzun illərdən bəri Ermənistan rəsmi dairələrinin və diaspora təşkilatlarının dünya ictimaiyyətini aldatdıqlarını bildirərək, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini önə sürüb.

Sənədli filmin senari müəllifi,  tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib ki, bu gün  İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verdi.