Analitik: "Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir"


Dünya 10 Dek 2018 20:48:00 460 0

Analitik: "Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir"

Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları göstərir ki, Nikol Paşinyan qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutmuşdu: "Bu baxımdan Ermənistanda seçkilərin "demokratik" şəraitdə keçirildiyini söyləmək olmaz. Bu amil Ermənistandakı mövcud siyasi vəziyyətin heç də demokratikləşmə xarakterli olmadığını sübuta yetirdi. Maraqlıdır, görəsən, bu pozuntular beynəlxalq təşkilatların hesabatlarında yer alacaq, yoxsa Qərb yenə öz ikitirəli siyasətini nümayiş etdirəcək?"

Analitik bildirib ki, bütün hallarda saxtalaşdırılmış seçkilər N.Paşinyan hakimiyyətinin Serj Sarkisyan rejimindən fərqlənmədiyini göstərir:

"Paşinyan bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq bu seçkilərdə daha fəal olacaq, hətta Ermənistan tarixində görünməmmiş bir seçici fəallığı olacaq. Bəli, Ermənistan tarixində görünməmiş seçki oldu, lakin Paşinyanın düşündüyü kimi deyil. Belə ki, Ermənistanda indiyə qədər keçirilən seçkilərin heç birində bu qədər aşağı seçici fəallığı olmamışdı. Deməli, Paşinyan nə qədər demokratiyadan dəm vursa da, xalqı öz nağıllarına inandıra bilməyib. Ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" blokuna səs verib. Bundan daha artıq saxtalaşdırma hallarına əl atmaq mümkün olmayıb".